"Bravo"da yumurta satışına məhdudiyyət qoyuldu


Azərbaycanda fəaliyyət göstərən "Bravo"-da hər 31-ci yumurtaya qadağa qoyulub - Rəsmimüvəqqəti məhdudiyyət tətbiq edib. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bir nəfərə maksimum 30 ədəd yumurta satılır.

Turkustan.az Bakuplus.az-a istinadən xəbər verir ki, qərar bazarda münasib qiymətlərlə satış fonunda yaranan kütləvi alışların qarşısını almaq məqsədi daşıyır. Bu barədə şirkətdən bildiriblər. “Bravo”nun açıqlamasına görə, limit bütün müştərilərin məhsullara bərabər çıxışını və mağazalarda məhsul davamlılığını təmin etmək üçün tətbiq olunub.

Şirkət qeyd edib ki, məhdudiyyət müvəqqəti xarakter daşıyır və topdan alışların qarşısını almağa yönəlib.


MANŞET XƏBƏRLƏRİ