Türkiyədə qeyr-adi hadisə baş verib.
Turkustan.az "Sözcü"yə istinadən xəbər verir ki, hadisə ölkənin Aydın vilayətində baş verib.
Adı açıqlanmayan Aydın sakini 2015-ci ildə vəfat edən atasının yas mərasimində yarım ton donuz ətindən ehsan verdiyi üzə çıxıb.
Belə ki, mərasimdə iştirak edən 3 mindən çox insana ehsan kimi donuz ətindən hazırlanan qovurma ilə düyü verilib.
Hadisənin üzə çıxmasına səbəb ehsan verən şəxsin din xadimindən bu işin günah, yoxsa savab olmasını soruşması olub. /yenisabah.az/