NATO-nun baş katibi Mark Rutte üzv dövlətlərin və tərəfdaşların Ukraynaya göstərdiyi dəstəyi alqışladı və bu dəstəyin davam etməli olduğunu bildirdi.
Turkustan.az xəbər verir ki, NATO Ukraynada davam edən sülh danışıqları ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, Rutte dünən Fransanın paytaxtı Parisdə keçirilən Könüllülər Koalisiyasının iclasında iştirak edib və iclasda əldə edilən irəliləyişdən məmnunluğunu bildirib.
Bəyanatda qeyd olunur ki, Rutte ABŞ-ın sülh danışıqlarına verdiyi töhfələri xüsusilə vurğulayıb və ittifaq üzvləri və tərəfdaşları tərəfindən Ukraynaya göstərilən dəstəyə görə məmnunluğunu ifadə edib.
Bəyanatda Ukraynanın Rusiya təcavüzünə qarşı özünü müdafiə etmək ehtiyaclarının davam etdiyi qeyd olunub və Rutte Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayıb.
Parisdəki görüşdə atəşkəsdən sonra Fransa və Britaniya qüvvələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalanıb.
Aytən Yaşar/ Turkustan.az