Qızıla edilən yatırım risklidir, yoxsa qazanclı? – AÇIQLAMA


Keçən il qızılın qiyməti rekord həddə çatsa da, yeni ildən ucuzlaşma müşahidə edilir. Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 0.39% azalaraq 4 478.50 ABŞ dollarına bərabər olub. Bu isə insanlar arasında çaşqınlığa səbəb olur.

Cari göstəricilər fonunda vətəndaşların qızıla yatırım etməsi risklidir, yoxsa qazanclı?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bunun üçün qiymət trendlərinə baxmaq lazımdır:

“Qızılın qiymətini gündəlik ölçmək doğru addım deyil. Çünki qiymətlər bir gün qalxır, bir gün enir. Əsas trendlərdir. Əgər bir həftə, on gün, bir ay intensiv olaraq enmə müşahidə olunacaqsa, deməli, qızılın qiymətində istiqamət, trend dəyişir. Yox, əgər gündəlik dəyişirsə, buna görə qərar vermək doğru deyil. Uzunmüddətli və ortamüddətli investisiya edənlər trendləri gözləyirlər. Bu səbəbdən hələ baxmaq lazımdır ki, trend bu il hansı istiqamətə yönələcək. Ən azından bu ayın sonuna qədər diqqətlə bazarı izləmək lazımdır ki, hansısa bir fundamental qərar vermək mümkün olsun”.


MANŞET XƏBƏRLƏRİ