ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hərbi müdaxilədənsə, Qrenlandiyanı almağa üstünlük verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qəzet Rubionun ABŞ Konqresinin üzvləri üçün qapalı brifinqdə dediyi sözləri sitat gətirib:
"Tramp administrasiyasının sərt ritorikası hərbi müdaxiləyə hazırlıq yox, Danimarkaya danışıqlara başlamaq üçün təzyiq göstərmək məqsədi daşıyır".
Görüşdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edib.
Görüşdə Venesueladakı hərbi əməliyyat müzakirə olunub, lakin Senatın Demokratlar Partiyasının lideri Çak Şumer administrasiyanın digər bölgələrdə, xüsusən də Meksikada və ya Qrenlandiyada güc tətbiqini nəzərdən keçirib-keçirmədiyini soruşub. Nəşrin qeyd etdiyi kimi, dövlət katibi Tramp administrasiyasının son sərt açıqlamalarının qaçılmaz müdaxilə əlaməti kimi şərh edilməməli olduğunu bildirib və əsas məqsədin adanın Danimarkadan potensial olaraq alınması olduğunu vurğulayıb./publika.az