ABŞ-ın Enerji Katibi Kris Rayt bildirib ki, Venesuelada görmək istədikləri dəyişiklikləri etmək üçün onun neft satışlarına nəzarət etməlidirlər və əlavə edib ki, Venesuela neftini "qeyri-müəyyən müddətə" satacaqlar.
Turkustan.az xəbər verir ki, Rayt bu sözləri Mayamidə Goldman Sachs tərəfindən təşkil edilən enerji konfransında Venesuela nefti ilə bağlı deyib .
Rayt bildirib ki, onlar ölkə neftinin bazara axmasına, ABŞ-dakı neft emalı zavodlarına və dünya bazarlarına satılmasına icazə verəcəklər və beləliklə, daha yaxşı neft tədarükünü təmin edəcəklər.
Lakin Rayt bildirdi ki, bu satışlar ABŞ hökuməti tərəfindən həyata keçiriləcək və əldə edilən gəlir ABŞ hökumətinin nəzarətində olan hesablara köçürüləcək.
Rayt əldə edilən gəlirin Venesuela xalqının xeyrinə Venesuelaya təmin edilə biləcəyini vurğulayaraq bildirib: "Lakin Venesuelada mütləq baş verməli olan dəyişiklikləri həyata keçirmək üçün neft satışı üzərində bu gücə və nəzarətə sahib olmalıyıq. Venesueladan xam nefti, əvvəlcə saxlanılan nefti, sonra isə Venesueladan hasilatı qeyri-müəyyən müddətə bazara çıxaracağıq."
Aytən Yaşar/ Turkustan.az