ABŞ Rusiya tankerini ələ keçirdi


ABŞ-ın Avropa Komandanlığı (EUCOM) Şimali Atlantikada Rusiyaya məxsus "M/V Bella 1" neft tankerinin ələ keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Almaniyada yerləşən EUCOM ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında hadisə ilə bağlı açıqlama yayıb.

Bəyanatda ABŞ Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə Rusiyada qeydiyyatdan keçmiş "M/V Bella 1" gəmisinin ABŞ sanksiyalarını pozduğuna görə müsadirə edildiyi açıqlanıb.

Bəyanatda qeyd olunur ki, neft tankeri ABŞ Sahil Mühafizəsinin USCGC Munro gəmisi tərəfindən izlənilib və daha sonra ABŞ federal məhkəməsinin verdiyi həbs qərarı əsasında Şimali Atlantikada ələ keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ