Gözlənilməz ssenari: Maduro azadlığa buraxıla bilər…


ABŞ-da keçiriləcək məhkəmə prosesi Nikolas Maduro üçün gözlənilməz nəticə ilə yekunlaşa bilər. Analitiklərin fikrincə, onun ABŞ xüsusi xidmət orqanları tərəfindən saxlanılması avtomatik olaraq ömürlük həbs demək deyil. ABŞ-da müstəqil məhkəmə sistemi fəaliyyət göstərir və prokurorluq irəli sürülən bütün ittihamları sübut etməlidir. Əks halda Maduro azadlığa buraxıla bilər.

Turkustan.az xəbər verir ki, müdafiə tərəfi dövlət başçısı immunitetinə, qeyri-qanuni saxlanılma və prosesin siyasi motivli olması arqumentlərinə əsaslana bilər.

Lakin ABŞ-ın Maduronun prezidentliyini legitim hesab etməməsi və 2024-cü il seçkilərini uduzduğuna dair mövcud sübutlar bu mövqeyi zəiflədir. Oxşar hüquqi arqumentlər vaxtilə Manuel Noriega işi üzrə də məhkəmə tərəfindən qəbul edilməmişdi.

Eyni zamanda, ekspertlər Maduronun Donald Trump ilə münasibətlər quraraq prezident əfvinə nail olmağa cəhd göstərəcəyini istisna etmirlər. Ancaq ABŞ administrasiyasında Venesuela hakimiyyətinə qarşı sərt mövqenin qalması bu ssenarini də çətinləşdirir.

Qeyd olunur ki, prosesin taleyi əsasən ittiham tərəfinin sübut bazasından asılı olacaq və mümkün qərar gələcəkdə legitimliyini itirmiş dövlət liderlərinə qarşı məhkəmə işləri üçün mühüm presedent yaradacaq. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ