ABŞ-ın Arizona ştatında alçaqdan uçan vertolyotun kanyonda yürüyüş ipinə çırpılması nəticəsində dörd nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, Arizona ştatının Pinal dairəsinin rəsmiləri bildirib ki, pilot da daxil olmaqla dörd nəfərin olduğu helikopter kəndirbazların istifadə etdiyi dartılmış kəndirə dəydikdən sonra qəzaya uğrayıb.
Səlahiyyətlilər bildiriblər ki, "911" təcili yardım xəttinə zəng edən şahid vertolyotun dartılmış kəndirə dəyməzdən əvvəl kanyona çırpıldığını bildirib.
ABŞ mediasında yer alan xəbərlərdə Federal Aviasiya Administrasiyasının (FAA) sözügedən iplə bağlı məlumatlandırıldığı göstərilir.
Qeyd olunub ki, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və FAA qəza ilə bağlı araşdırmaya başlayıblar.
Aytən Yaşar/ Turkustan.az