Hələbdə Suriya ordusu ilə PKK/YPG terror təşkilatı arasında toqquşmalar davam edir


Hələbdə Suriya ordusu ilə PKK/YPG terror təşkilatı arasında toqquşmalar ikinci gündür davam edir.

Turkustan.az xəbər verir ki, Suriya "bütün SDF mövqelərinin qanuni hədəflər olduğunu" elan etsə də, bölgədəki iki təhlükəsiz humanitar dəhlizin saat 15:00-a qədər açıq qalacağı açıqlanıb.

Suriyada SDG adından istifadə edən PKK/YPG terror təşkilatının Hələbdə mülki yaşayış məntəqələrinə və Suriya ordusuna hücum etməsindən sonra başlayan qarşıdurmalar ikinci gün davam edib.

Terror təşkilatı səhər saatlarında şəhərin Suriya məhəlləsindəki mülki yaşayış məntəqələrini artilleriya atəşi ilə hədəfə alıb, Əşrəfiyyə və Şeyx Maksud ətrafında isə ara-sıra şiddətli silah səsləri eşidilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ