Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan türk şirkətinin “Tramp marşrutu” layihəsində iştirakının mümkünlüyünü şərh edib.
Turkustan.az xəbər verir ki, Səfəryan bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Tərəflər qərar verməlidir. Təbii ki, hər bir tərəfin özünəməxsus yanaşması var. Hər şey məsləhətləşmələr yolu ilə həll olunacaq".
Onun sözlərinə görə, bütün qərarlar və şirkət seçimləri tərəflərin maraqlarına uyğun olmalıdır. Amma ilk növbədə erməni-amerikan şirkəti yaradılmalıdır.
Hazırda Səfəryanın sözlərinə görə, məhz bu məsələ ilə bağlı fəal müzakirələr gedir./publika.az