ABŞ-ın beş ştatı Tramp administrasiyasını məhkəməyə verdi


ABC News-un məlumatına görə, Kaliforniya, Kolorado, Minnesota, İllinoys və Nyu-Yorkdakı Demokrat baş prokurorlar Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıblar.

Turkustan.az xəbər verir ki, Nyu-Yorkun Cənub Rayon Məhkəməsində qaldırılan iddiada prokurorlar fondun dondurulmasını "konstitusiyaya zidd səlahiyyət sui-istifadəsi" kimi qiymətləndiriblər.

Vəkillər məhkəməyə müraciət edərək, Tramp administrasiyasına fondun dondurulmasını dayandırmağı və vəsaitlərin sərbəst buraxılmasını əmr etməyi xahiş ediblər.

Nyu-York Baş Prokuroru Letitia James bildirib ki, "Ən həssas ailələr bu (Tramp) administrasiyasının xaos və qisas kampaniyasının əsas yükünü daşıyırlar".

Kaliforniyanın baş prokuroru Rob Bonta həmçinin qeyd edib ki, Tramp administrasiyası tərəfindən dondurulmuş sosial vəsaitlərin təxminən yarısı ştatdakı proqramları dəstəkləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ