Fazil Mustafa: "Xızı‑Abşeron Külək Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək"


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Prezident İlham Əliyevin Xızı‑Abşeron Külək Elektrik Stansiyasının açılışındakı çıxışına münasibət bildirib.

Komitə sədri layihənin Azərbaycanın enerji siyasətində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
"Xızı‑Abşeron Külək Elektrik Stansiyası ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirir və bərpa olunan enerji sahəsində yeni imkanlar yaradır. Layihə yalnız enerji istehsalı ilə məhdudlaşmır, həm də regionların sosial-iqtisadi inkişafına töhfə verir, yeni iş yerləri və infrastruktur imkanları açır” - deyə Fazil Mustafa qeyd edib.

Fazil Mustafa ölkə başçısının enerji siyasətini təqdir edərək bildirib ki, Azərbaycan həm daxili tələbatı tam təmin edə biləcək, həm də ixrac potensialını artıracaq gücə malikdir. Bərpa olunan enerji layihələrinin reallaşdırılması ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu gücləndirir və ekoloji baxımdan dayanıqlı inkişafı təmin edir.

"Bu layihə gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın enerji sahəsindəki uğurlarının davamlı olmasına xidmət edir. Prezidentin çıxışı ölkənin enerji siyasətinin uzunmüddətli perspektivini və regionda lider mövqeyini bir daha vurğuladı” -
deyə deputat əlavə edib.


MANŞET XƏBƏRLƏRİ