İranda etirazçılara qarşı yaşıl lazerdən istifadə olunur


İranın təhlükəsizlik qüvvələri etirazçılara qarşı lazerlərdən istifadə edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Məşhəddə keçirilən etirazlar zamanı nümayişçiləri hədəf almaq üçün yaşıl lazerlərdən istifadə edilib.

"Independent Persian"da yayılan xəbərə görə, təhlükəsizlik qüvvələrinin sıx mövcudluğuna baxmayaraq, etirazçılar geri çəkilməyib. Bunun qarşısını almaq üçün İranda işıqlar söndürülüb və şəhərlər qaranlığa qərq olub.

"Tasnim"də yayılan informasiyada isə etirazların səngidiyi və silahlı insident yaradanların həbsi barədə xəbərlər yayılıb./modern.az


MANŞET XƏBƏRLƏRİ