"Qaçqınkom" "Qobu Park"da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib


Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildiririk. Bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür.


MANŞET XƏBƏRLƏRİ