Bu universitet işçi axtarır - Maaş 4000 manatdır


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) işçi axtarır.

Turkustan.az xəbər verir ki, ADNSU-Vorvik Universiteti ikili diplom proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edib.

Proqram rəhbəri ADNSU-da University of Warwick ilə birgə həyata keçirilən ikili diplom və beynəlxalq proqramlar çərçivəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə tədris prosesinə akademik rəhbərlik edəcək.

Proqram rəhbərinin aylıq maaşı 3500-4000 manatdır.

Sənədlər yanvarın 22-dək qəbul olunacaq. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ