Ukraynanın xarici işlər naziri Andrey Sibiha Rusiya ordusunun ölkəsinə "Oreşnik" hipersəs orta mənzilli ballistik raketlə hücum etməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 12 yanvarda təcili iclas keçirəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki,ABŞ-da yerləşən X şirkətinə məxsus sosial media platformasında paylaşım edən Sybiha, Rusiyanın dünən gecə Ukraynaya hava hücumlarında " Oreshnik " hipersəs orta mənzilli ballistik raket sistemindən də istifadə etməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdiklərini xatırladıb. Nazir Sybiha bildirib ki, Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası 12 yanvar Bazar ertəsi günü Kiyev vaxtı ilə saat 22:00-da keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az