Tramp özünün Truth Social hesabında verdiyi açıqlamada Petro ilə görüşünün müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, fevralın ilk həftəsində Petronu Ağ Evdə qəbul edəcəyini deyən Tramp qeyd edib ki, Kolumbiya " kokain və digər narkotiklərin ABŞ-a daxil olmasının qarşısını almalıdır ".
Tramp yanvarın 7-də Petro ilə telefon danışığından sonra Ağ Evdə görüşəcəklərini açıqladı.
Kolumbiya prezidenti Petro son açıqlamalarında ABŞ-ın ölkəsinə qarşı hərbi hücuma hazırlaşdığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az