Antibiotiklər insana xeyir verir, yoxsa zərər?


Bütün dünyada bir çox xəstəliklərin müalicəsində antibiotiklərdən geniş istifadə edilir.

Turkustan.az xəbər verir ki, mütəxəssislərin fikrincə, antibiotiklərin xəstəliklərə müsbət təsir göstərməklə yanaşı orqanizmə mənfi təsirləri də var.

Bütün bunlara baxmayaraq, atibiotik istifadəsi Avropada əhəmiyyətli dərəcədə dəyişir və bəzi ölkələr, hətta artım tendensiyası barədə məlumat verirlər.

Səhiyyə mütəxəssisləri Avropanı antibiotiklərə olan asılılığını azaltmağa çağırıblar. Lakin bəzi ölkələr bu dərmanları digərlərindən daha yüksək nisbətdə istifadə edirlər.

Antibiotiklərin həddindən artıq istifadəsi mikrob əleyhinə müqaviməti sürətləndirə bilər və bu da Avropa İttifaqı, İslandiya, Lixtenşteyn və Norveçdə hər il 35 000-dən çox insanın ölümünə səbəb olur.

Buna görə də Avropa İttifaqı Şurası üzv dövlətlərdən 2023-cü ildə antibiotik istifadəsini azaltmağı və istifadə olunan antibiotiklərin ən azı 65 %-nin birinci seçim olmasını təmin etməyi xahiş edib.

Keçən ay Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bu hədəflərin heç birinə nail olunmadığını bildirib.

Aİ-də 2024-cü ildə hər 1000 nəfərə düşən antibiotiklərin orta gündəlik dozası 20,3 idi. Bu, 2019-cu ilin pandemiyadan əvvəlki referans səviyyəsindən 2 faiz yüksəkdir. Bir çox ölkələrdə bu tendensiyalar səhv istiqamətdə irəliləyir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, 2020-ci ildən bəri Avstriya, Belçika, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Sloveniya və İspaniyada antibiotik istifadəsi artıb.

ECDC noyabr hesabatında qeyd edib ki, "Aİ-nin antimikrob istehlakı ilə bağlı hədəflərinə doğru zəif irəliləyiş səhiyyə xidmətlərinin bütün səviyyələrində lazımsız və uyğunsuz antimikrob istifadəsinə qarşı mübarizə səylərinin gücləndirilməsinin zəruriliyini göstərir".

ECDC bildirib ki, ölkələr həddindən artıq antibiotik istifadəsini nəzərə almaq üçün diaqnostik təcrübələri yeniləməli və infeksiyanın qarşısının alınması, nəzarəti istiqamətində əlavə addımlar atmalıdırlar.

Azərbaycanda da bir çox səhiyyə mütəxəssisləri antibiotiklərdən çox istifadənin zərərli olduğunu bildirirlər. Təsadüfi deyil ki, ölkədə məhz antibiotiklərdən istifadə zamanı bir neçə ölüm hadisəsi qeydə alınmışdı. Hətta bu məqsədlə antibiotiklərin yalnız resept əsasında satışına icazə verilməsi tələb edilir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ