Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdüyü mətbuat konfransından sonra ABŞ Prezidenti Donald Tramp jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırdı.
Turkustan.az xəbər verir ki, Tramp Qrenlandiya ilə bağlı yeni bir təhdid əlavə edərək dedi: "Onlar istəsələr də, istəməsələr də, mən bir şey edəcəyəm".
Tramp Qrenlandiya ilə bağlı mövqeyinin dəyişməz qaldığını və ona "sahib çıxmaq" istədiyini təkrarlayaraq, bu məsələdə Avropa ölkələrinə "yaxşılıq etdiyini" iddia etdi.
" Biz Rusiya və ya Çinin Qrenlandiyaya getməsini istəmirik. Əgər Qrenlandiyanı götürməsək, Rusiya və ya Çin sizin qonşunuz olacaq. Bu, baş verməyəcək", - deyə Tramp bildirib və əlavə edib ki, onlar bu məsələdə qətiyyətlidirlər.
Aytən Yaşar/ Turkustan.az