Suriya ordusu Hələbin Şeyx Məqsud məhəlləsində YPG/SDG terror təşkilatına qarşı əməliyyatının başa çatdığını elan edib.
Turkustan.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada şəhərdə tam nəzarətin qurulduğu və YPG/SDG terror təşkilatının işğal etdiyi sonuncu məhəllənin də azad edildiyi bildirilib.
Lakin əhali arasında gizlənən terrorçu elementlərin mövcudluğunun davam etməsi səbəbindən mülki şəxslərə evdə qalmaları və çölə çıxmamaları tövsiyə edilib. Bəyanatda deyilir: "Mülki əhalimizi evlərində qalmağa və çölə çıxmamağa çağırırıq, çünki SDF və PKK terror təşkilatlarının elementləri xalq arasında gizlənir".
Bildirilib ki, fövqəladə hallar və ya terrorçu elementlər aşkarlanarsa, mülki şəxslər məhəllədəki hərbi qüvvələrlə əlaqə saxlaya bilərlər.


Aytən Yaşar/ Turkustan.az