ABŞ İrana qarşı əməliyyata başlaya bilərmi? - Ekspert


ABŞ və İsrail İranda baş verən etirazlar fonunda bu ölkədə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirə bilər, lakin genişmiqyaslı hərbi əməliyyat ehtimalı azdır.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi Mərkəzinin böyük elmi işçisi Vladimir Sajin bildirib.

Sajinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranda iğtişaşlar zamanı etirazçılara atəş açılacağı təqdirdə, güc tətbiqi ilə hədələməsi əvvəlki dövrlərlə müqayisədə yeni və mühüm məqamdır:

“ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hər hansı geniş əməliyyata başlayacağını düşünmürəm. Lakin istisna etmirəm ki, Trampın mövqeyindən asılı olaraq raket və hərbi-hava qüvvələri vasitəsilə qərar qəbuletmə qərargahlarına zərbələr endirilə bilər. Söhbət əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun tərkibində olan “Bəsic” qüvvələrindən gedir. Ordunun hədəf alınacağını isə düşünmürəm”.

Ekspert vurğulayıb ki, ABŞ tərəfindən quru əməliyyatı ehtimalı istisnadır:

“Belə bir ssenari mümkün deyil, Venesuela tipli desant əməliyyatı da gözlənilmir. Ancaq zərbələr endirilə bilər — ABŞ və İsrail bunu birgə və ya ayrı-ayrılıqda edə bilər. Bu isə etiraz hərəkatının daha da güclənməsinə təsir göstərə bilər”./axar.az


MANŞET XƏBƏRLƏRİ