Rubio: "ABŞ İranın cəsur xalqını dəstəkləyir"


ABŞ Dövlət Katibi Marko Rubio, ABŞ administrasiyasının İranda iqtisadi problemlər səbəbindən günlərdir davam edən etirazlarda İran xalqını dəstəklədiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Rubio ABŞ -da yerləşən X şirkətinin sosial media platformasında İranda davam edən etirazlarla bağlı paylaşım edib.

Rubio paylaşımında bildirib ki, "ABŞ cəsur İran xalqını dəstəkləyir".

ABŞ prezidenti Donald Tramp etirazları yaxından izlədiklərini vurğulayaraq, "İran liderlərinə deyirəm ki, atəş açmasanız yaxşı olar, çünki biz də atəş açmağa başlayacağıq" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ