İran deputatları təcili toplandı: bu şüarla səslənəcəklər


İran parlamenti təcili iclas çağırıb.

Turkustan.az xəbər verir ki, buna səbəb ölkədəki geniş yayılmış etirazlardır.

“Associated Press”in (AP) məlumatına görə, parlament bunu müzakirə etmək üçün toplaşıb.

“Qanunvericilər bir dəfə “Amerikaya ölüm!” şüarları səsləndirmək üçün kürsüyə axışıblar”, – deyə bildirilib.

Xatırladaq ki, İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir. Belə ki, nümayişlərdə 116 nəfər ölüb, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ