1989-cu ilin may ayının 30 - da Ucar şəhərində doğulur...
1995 / 2006-cı illərdə Ucar şəhəri 1 saylı tam orta məktəbdə təhsil alır...
2006 / 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alır...
2010 /2011-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olur...
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsinddə Motoatıcı taborun Tağım komandiri vəzifəsində xidmət edir...
XTQ-nin seçim mərhələsinə qatılaraq 300 nəfərin içindən seçilən 20 nəfərdən biri olur...
XTQ sıralarında xidmətə başlayaraq dəfələrlə ölkə xaricində hərbi təlim və kurslara qatılır...
2012 /2014-cü illərdə "N" saylı hərbi hissədə Qrup komandirinin müavini vəzifəsində xidmət edir...
-cü ildən həmin hərbi hissənin Xüsusi Əməliyyatlar Taborunun komandiri vəzifəsində xidmət edir...
Xidməti müddətində Kapitan rütbəsinə qədər yüksəlir...
2015-cilin oktyabr / 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində "Special Operations Training" kursunu uğurla keçərək sertifikilatla təltif edilir...
2015-ci ilin fevral ayında Qazax-Ağstafa istiqamətində olan döyüşlərdə; 2016-cı ildə Aprel döyüşlərində iştirak edir...
2018-ci ilin iyul ayında Türkiyə Fespublikasında keçirilən "Anadolu tatbikatı" təlimində uğurla iştirak edir...
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşən, Cəbrayıla Azərbaycan bayrağını sancanlardan biri olan, erməni polkovnikinin başını kəsərək "Sənə Poladın qanını gətirmişəm" deyən, düşmənin 23 yüksək rütbəli zabitini təkbaşına, ümumilikdə isə düşmənin 200-dən çox canlı qüvvəsini və xeyli sayda hərbi texnikasını məhv edən, Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperinin açdığl atəş nəticəsində şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, taborun qərərgah rəisinin müavini, kəşfiyyatçı Elçin Mübariz oğlu İsmayılov!
İgidimiz vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, lll dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı, XTQ Komandanının müavini olmuş general-mayor Zaur Cavanşir öz xatirələrində Elçin İsmayılovun şəhid olması haqqında yazır: "Polkovnik Namaziv mayor Emin Almuradovdan tankın yanına gedib snayperin istiqamətini heyətə çatdırmasını tapşırdı. Tabor komandirinin müavini, kapitan Elçin İsmayılov bu vəzifəni öz üzərinə götürərək çətinliklə də olsa tanka yaxınlaşdı və tapşırığı çatdırdı. Lakin tank nişan alıb atəş açana qədər düşmən snayperi kapitan İsmayılovu vurdu. Tank dərhal bir neçə atəş açaraq snaypeti məhv etdi-lakin kapitan İsmayılov da qəhrəmancasına şəhid olmuşdu".
Nə acı və ağlr bir təsadüf ki, qəhrəman döyüşçümüz öz toy günü tarixində şəhidliyə yüksəlir...
Onu da qeyd edim ki, Elçin İsmayılovun iki qardaşı: Nurlan və Elvin İsmayılovlar da Vətən müharibəsində döyüşüblər.
Anası Dilşad İsmayılova deyir ki, "torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək Elçinin uşaqlıq arzusu olub. Elə bu arzu ilə də o hərbçi olmağı seçib. Hərbi formanı çox sevirdi. Onu geyinməyi səbirsizliklə gözləyirdi. XTQ-ni də özü seçmişdi. Arzusu idi ki, Şuşada bayraq sancsın".
Atası Mübariz İsmaılov:"Oktyabrın 7-si xəbər gəldi ki, oğlunuz yaralanıb, gətirirlər. Onlara dedim ki, nə olubsa, vətən yolunda olub. Mənə dəqiq deyin, oğlumun vəziyyətini. Cavab verdilər ki, Elçin şəhid olub".
Şəhidimizin xanımı Sevinc İsmayılova deyir ki, "Elçin toy günümüzdə şəhid oldu. O çox mərd, qorxmaz, qəhrəman insan idi. Son danışığımız ayın 6-sı olmuşdu. Dedi ki, özünüzdən muğayat olun. Biz irəli gedirik, qələbə çalırıq. İnşallah səsimiz Şuşadan gələcək. Amma Şuşaya girmək ona qismət olmadı"...
Sən Şuşaya girə bilməsən də, o şəhərin hər qayasında, hər cığırında, hər açılan səhərində, hər doğan günəşində, gecələri aydınlatan ay işığında var olacaqsan!
Yerində, göyündə, səmasında sənin ruhunu hiss edəcək xalqımız, qəhrəman şəhidim!
Sən Şuşada doğulan körpələrin səsində yaşayacaqsan! Şuşada yağan yağışın hər damlasında, hər əsən küləyin mehində yaşayacaqzan! Çünki, Sən Şuşa qalasına sancılan bayrağın özüsən Şəhidim! Daim o ucalıqdan baxacaqsan arzuladığın şəhərə! Səni hər daim rəhmətlə, iftixarla xatırlayacağlq qəhrəman şəhidim!
Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!
Sevinc Bəhmənli






