Kəlbəcərdə ümumşəhər iməcliyi keçirilib - FOTOLAR


Kəlbəcər şəhərində genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsdən məlumat verilib.

Bildirilib ki, məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub.

İməclikdə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.

İştirakçılar birgə formada şəhərin müxtəlif ərazilərində məişət tullantılarının yığışdırılması, yaşıllıq zolaqlarının abadlaşdırılması və küçələrin təmizlənməsi işlərini həyata keçiriblər. Bu təşəbbüs Kəlbəcərin ekoloji baxımdan sağlam mühitə çevrilməsi və şəhər sakinlərində təbiətə qayğılı münasibətin formalaşdırılmasına xidmət edir.

/Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ