"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli ideologiyaya qarşı təhdidlər əleyhinə fəaliyyətin təşviqi" layihəsi çərçivəsində internet televiziyasında verilişlərə start verib.
Jurnalist Zahid Nurəliyevin aparıcısı olduğu verilişin ilk qonağı Milli Məclisin üzvü Ceyhun Məmmədov və “Türküstan” Media Qrupunun rəhbəri, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camaldır.
Verilişdə milli ideologiya, ona qarşı təhdidlər, milli dəyərlərimiz, informasiya savaşında media və sosial şəbəkələrin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Verilişi təqdim edirik: