"İnsan alveri ilə mübarizədə yeni çağırışlar" layihəsinə start verildi


Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Könül Evi" Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə 01 iyun - 31 avqust 2025-ci il tarixlərində "İnsan alveri ilə mübarizədə yeni çağırışlar" layihəsinə start verilmişdir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində Quba və Xaçmaz rayonlarında hər tədbirdə 25 nəfərin iştirakı ilə insan alveri qurbanına çevrilməmək istiqamətində maarifləndirici tədbirlər keçiriləcəkdir. Qlobal dünyada müasir insanların beynəlxalq inteqrasiyasını nəzərə alsaq, insan alverinin qurbanı olma təhlükəsi mövcuddur. Bu baxımdan insanlar daha diqqətli olmalı və təhlükəsizliyin təmin edilməsi məqsədilə maarifləndirmə prosesi davamlı olaraq həyata keçirilməlidir. İnsan alveri ilə mübarizədə yeni addımlar haqqında məlumatın verilməsi və müzakirələrlə yanaşı, bu mövzuda çəkilmiş film nümayiş etdiriləcəkdir.


MANŞET XƏBƏRLƏRİ