BQXK-nin Bakıdakı nümayəndəliyi iki aya Azərbaycanı tərk edəcək


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyi iki aya Azərbaycanı tərk edəcək.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, təşkilat itkin düşmüş şəxslərlə bağlı indiyədək həyata keçirdiyi işləri yekunlaşdırmağa başlayıb.

BQXK-dən itkin düşmüş şəxslərin yaxınlarına zənglər edilir. Bildirilir ki, qurumda olan bütün sənədlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək. Ona görə də itkin yaxınlarına bundan sonra Dövlət Komissiyası ilə əlaqə saxlamaq tövsiyə olunur.

Qeyd edək ki, BQXK-nin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir.


MANŞET XƏBƏRLƏRİ