"Hazırkı proqnoz göstəricilərə əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5% səviyyəsində indeksləşməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir".
Turkustan.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əmək haqqına nisbətdə isə 50%, yaşa görə pensiyada isə 53% olması proqnoz edilir./bizim.media