Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli ilə bağlı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə Ərdoğan "CNN Türk" telekanalına açıqlamasında bildirib.
Türkiyə lideri qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Rusiya tərəfinin mövqeyini də müzakirə etmək üçün Putinlə də danışıqlar aparmaq istəyirlər.
“Cənab Zelenski ilə görüşümüzdən sonra Rusiya tərəfinin məsələyə baxışını öyrənmək üçün cənab Putinlə də danışıq aparmaq istəyirik”, - Ərdoğan vurğulayıb.
O bildirib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün əlindən gələni edir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenski Ərdoğandan onun Putinlə Türkiyədə görüşünü təşkil etməyi xahiş etmişdi. Ukrayna prezidenti Ankaranın münaqişədə tərəf tutmadan praktik və real vasitəçi kimi çıxış edə biləcəyini bildirmişdi./publika.az