Gələn il üçün ehtiyac meyarı məlum oldu


Gələn il üçün ehtiyac meyarı məlum olub.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çox olacaq.


MANŞET XƏBƏRLƏRİ