Vensdən ŞOK PLAN: Trampdan uzaqlaşan seçicilərlə yeni ittifaq qurur


ABŞ-da ara seçkilərdə Respublikaçıların məğlubiyyətindən sonra vitse-prezident JD Vensin 2028-ci il prezident seçkiləri öncəsi Donald Trampdan uzaqlaşan seçicilərlə yeni ittifaq qurmağa çalışdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, “Fox News”un məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Respublikaçıların həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirməsindən sonra Tramp və Vensin siyasi mövqeləri müzakirə mövzusuna çevrilib.

Mənbələrin bildirdiyinə görə, Vens seçkilərdən sonra verdiyi açıqlamalarda, xüsusilə İran və İsraillə bağlı məsələlərdə Trampla fikir ayrılıqlarını açıq şəkildə ifadə edib.

Bundan əlavə, seçkidən sonrakı səhər Ağ Evdə Tramp administrasiyasının vahid mövqedən çıxış etməsinin vacibliyini müzakirə etmək üçün görüş keçirildiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ