ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın siyasi gələcəyi ilə bağlı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda Trampın siyasi karyerasının sona çatdığını düşünənlərin dəfələrlə yanıldıqları və yenə yanılacaqları bildirilib.
“Prezident Trampın siyasi karyerasının sonunu elan edənlər hər dəfə səhv ediblər. Onu impiçment etmək, siyasətini dəyişdirmək və ya administrasiyasının nailiyyətlərini ləğv etmək cəhdləri radikal solçuların əvvəlki təşəbbüsləri ilə eyni aqibəti yaşayacaq: uğursuzluq. Prezident Tramp heç vaxt mübarizədən əl çəkməyəcək”, – deyə bəyanatda qeyd olunub.
Ağ Ev Demokratların Trampın prezidentlik müddətinin son iki ilində əldə etdiyi nailiyyətləri geri çevirməyə çalışacağını, lakin buna nail ola bilməyəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az