Şeynbaum ABŞ-da Demokratların qələbəsinə münasibət bildirdi


Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-da Demokratların Respublikaçılar üzərində qələbə qazandığı aralıq seçkilərin nəticələrini şərh edib.

Turkustan.az xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat brifinqində çıxış edən Şeynbaum seçkilərin nəticələrinin Amerika xalqının əhval-ruhiyyəsini əks etdirdiyini bildirib.

“Düşünürəm ki, bu, Amerika xalqının hisslərini əks etdirir”, – deyə Meksika prezidenti qeyd edib.

Şeynbaum ölkəsinin xarici siyasətinin qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanmağa davam edəcəyini vurğulayıb.

O, həmçinin Kaliforniyada Xavier Becerra və Texasda Gina Hinojosa kimi meksikalı əsilli amerikalıların seçkilərdə uğur qazanmasını qeyd edib.

“Meksikalı amerikalıların qələbələri bizi qürur və sevinclə doldurur”, – deyə Şeynbaum bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ