Tramp: İran müharibəsi mən istədiyim zaman bitəcək


ABŞ prezidenti Donald Tramp Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini şərh edərək, nəticələrə İran müharibəsinin təsir etdiyini etiraf edib.

Turkustan.az xəbər verir ki, Tramp müharibəyə başlamaq qərarından peşman olmadığını və eyni addımı yenidən atacağını bildirib.

“Buna dəyərdi, mən bunu yenidən edərdim. İranın nüvə silahı ola bilməz”, – deyə ABŞ prezidenti qeyd edib.

Tramp seçkilərin nəticələrindən narahat olmadığını və Demokratlarla yaxşı münasibətlər qura biləcəyinə inandığını da vurğulayıb.

İranla müharibənin nə zaman başa çatacağı ilə bağlı danışan Tramp, “İran müharibəsi mən istədiyim zaman bitəcək”, – deyə bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ