Tramp: Lazım gəlsə, qoşun göndərəcəyəm!


ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri zamanı lazım gələrsə, Demokratların nəzarətində olan şəhərlərə Milli Qvardiya qoşunları göndərəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp “Dan Bongino Show” verilişinə telefonla qoşularaq seçki prosesi və mümkün nəticələr barədə danışıb.

Merlərin onunla əməkdaşlıq etmək istəməməsinə baxmayaraq, Milli Qvardiya qoşunlarını liberal şəhərlərə göndərib-göndərməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Lazım gələrsə, bunu edəcəyim bir məqam olacaq”.

ABŞ prezidenti bu addımı atmaq üçün qubernatorun və ya merin müraciətinin vacibliyini vurğulayıb. O, daha əvvəl Memfis və Yeni Orleanda qubernatorların müraciətindən sonra hərəkətə keçdiyini xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ