ABŞ-da keçirilən aralıq seçkilərdə Miçiqan ştatından senator seçilən Əbdül əs-Səyid Konqresin müharibə səlahiyyətlərindən istifadə edərək İranla müharibəyə müdaxilə etməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, prezident Donald Trampın müharibəni başa çatdırmaq üçün konkret planının olmadığını iddia edib.
Turkustan.az xəbər verir ki, Əbdül əs-Səyid yerli telekanallardan birinə müsahibəsində Demokratların seçki qələbəsini və Tramp administrasiyasının siyasətini qiymətləndirib.
O, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dövründə imzalanan nüvə sazişinin İranın nüvə təhdidini aradan qaldırmağa yönəldiyini, lakin Trampın ikinci prezidentlik müddətində sazişdən çıxaraq ölkəni müharibəyə sürüklədiyini bildirib.
Səyidin sözlərinə görə, amerikalılar müharibənin nəticələrini yanacaq və ərzaq qiymətlərinin artması, vergilərin yüksəlməsi və hərbçilərin həyatının təhlükə altında olması ilə hiss edirlər.
“Tramp buna son qoymaq istədiyini deyir, amma əslində müharibəni bitirmək üçün planı yoxdur”, – deyə senator vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az