İtaliya bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə Azərbaycana minnətdarlığını bildirib.
Turkustan.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.