Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunmuş konsert keçiriləcək


Yunus Əmrə İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin dəstəyi ilə dirijor Yıldırım Bekçinin rəhbərliyi altında London Türk Klassik Musiqisi Xoru 19 noyabr 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzində sənətsevərlərlə görüşəcək.

Bu barədə Turkustan.az-a Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin 6-cı ildönümü və Şimali Kipr Türk Respublikasının qurulmasının 43-cü ildönümü münasibətilə təşkil edilən konsertdə türk klassik musiqisinin seçilmiş əsərlərindən ibarət xüsusi repertuar təqdim olunacaq.

"2005-ci ildə İngiltərədə yaşayan Kipr türk qadınları tərəfindən qurulan xor, bu xüsusi axşamda Azərbaycan, Türkiyə və Kipr türk icması arasındakı qardaşlıq bağlarını musiqinin birləşdirici gücü ilə eyni səhnədə bir araya gətirəcək", - məlumatda qeyd olunur.


MANŞET XƏBƏRLƏRİ