Postsovet məkanının ən nüfuzlu “qanuni oğrusu”: Ölkədən çıxaırlır


Ukrayna hakimiyyəti gürcü “qanuni oğru” Georgi Xmelidzenin ölkədən çıxarılması məsələsini həll edir.

Turkustan.az xəbər verir ki, “Xmelo” ləqəbli 63 yaşlı kriminal avtoritet “Rustavi klanı”nın lideri və postsovet ölkələrinin ərazilərində ən nüfuzlu “qanuni oğrusu” adlandırılır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə ona qarşı şəxsi sanksiyalar tətbiq edilib. 2024-cü ilin martında Gürcüstan vətəndaşı Ukrayna vətəndaşlığından məhrum edilib. Polis onun Ukrayna vətəndaşlığı əldə etmək üçün uydurma səbəbləritlə bağlı məlumat toplayıb.

Əməliyyatçılar “qanuni oğru”nu Ukrayna Dövlət Miqrasiya Xidmətinə aparıblar və orada Ukraynada qalma qaydalarını pozduğuna görə barəsində protokol tərtib edilib.

Xmelidze əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olduğu yerdə qalır.

“Onun ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər həyata keçirilir”, - deyə rəsmi məlumatda bildirilib.

Onun hansı ölkəyə göndəriləcəyi barədə məlumat yoxdur.

Gürcüstandan olan digər “qanuni oğru”ların da adları sanksiya siyahılarındadır. Onların bəziləri Gürcüstan vətəndaşlığına malik olduqları üçün Ukraynadan vətənlərinə göndəriliblər. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ