ABŞ Prezidenti Donald Tramp aralıq seçkilər ərəfəsində amerikalılara 5 min dollarlıq “Tramp dividendi” ödənilməsi vədini yenidən səsləndirib.
Turkustan.az xəbər verir ki, Tramp bunu Alabama ştatının Mobil şəhərində keçirilən mitinqdə deyib.
O bildirib ki, Respublikaçılar Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyarsa, hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar ödəniləcək:
“Bu vəsait yalnız ABŞ daxilində xərclənə biləcək”.
O, proqramın ümumi dəyərinin təxminən 1 trilyon dollar olacağını və bunun gömrük tariflərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilə biləcəyini bildirib.
ABŞ-də yetkin vətəndaşların sayının 240–245 milyon olduğu nəzərə alınarsa, hər nəfərə 5 min dollar ödənilməsi 1,2 trilyon dollardan çox vəsait tələb edə bilər./Globalinfo.az