Ferhat Gündoğdunun həbsinin şok detalları açıqlandı


Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) keçmiş sədri Ferhat Gündoğdunun həbs olunmasının səbəbləri açıqlanıb. O, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.

Turkustan.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Məhkəmənin qərarında Gündoğdunun hakimlərin təyinatı zamanı fərdi inkişaf və ləyaqət prinsiplərinin nəzərə almadığı, hakimlərə aid şəxsi məlumatların qanunsuz şəkildə topladığı və həmin məlumatlardan təyinatlarda istifadə etdyiyi qeyd olunub.

İstintaq materiallarına əsasən, bəzi hakimlərin xidməti vəzifələrini icra etməsinə bu məlumatlardan istifadə edilməklə maneə yaradıldığı iddia olunur.

İş üzrə dindirilən hakimlər bildiriblər ki, Gündoğdun 2024-cü ildə vəzifəyə qayıtdıqdan sonra 2022-ci ildə heyətdən çıxarılıb sonradan Arbitraj Komitəsinin qərarı ilə bərpa olunan bəzi hakimləri yenidən siyahıdan kənarlaşdırıb və bu, "intiqam əməliyyatı" olub.

Digər ifadələrdə hakimlərin imtahan nəticələrinə və oyun təyinatlarına müdaxilə edildiyi, bəzi təyinatların klubların tələblərinə uyğun dəyişdirildiyi iddia olunub./oxu.az


MANŞET XƏBƏRLƏRİ