Türküstan Basmaçı hərəkatı


Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

II Yazı

Enver Paşa

İsmail Enver 23 noyabr 1881-ci ildə İstanbulda Divanyolunda dünyaya gəlmişdir. Atası inşaat mühəndisi Hacı Əhməd paşa (həm də Malta adasında sürgündə olmuşdur), anası Aişə Dilarə xanımdır. Anası Krımlı bir Tatardır, ata tərəfdən soyu Qaqauz türklərinə dayanır.Ailənin 5 övladından ən böyüyüdür. Öz deyiminə görə ailəsi çox varlıklı olmasa da təhsili üçün çox əmək vermişdir. Atası öncə Nafia Nəzarətində fen məmuru oldu daha sonra Surre Emini (Surre-i Hümayun Alayı Emini) vəzifəsinə gətirilən və sivil paşalığa yüksələn Hacı Əhməd paşanın təyinləri nədəniylə çocukluğu fərqli şəhərlərdə keçdi. Qardaş və bacıları Nuru paşa Killigil, Kamil Killigil-Hariciyeci, Mediha (general Kazım Orbayın həyat yoldaşı) və Haseneydi (Saloniki Mərkəz Komandanı Nazım bəyin həyat yoldaşı). Ənvər Paşa, Genelkurmay əski başkanlarından Kazım Orbayın qayını idi.

Ayrıca “Kütül-Amare Qəhrəmanı” olaraq anılan Halil Kut, Ənvər Paşanın əmisidir. Halil Kut 1920-ci il aprelin 27-də XI Qızıl Ordunun başında duraraq Azərbaycan Xalq Cümhuriyyətinin ruslar tərəfindən işğalında iştirak etmişdir.

İsmail Ənvər üç yaşında evlərinin yaxınlığındakı ibtidai məktəbə getmişdir. Daha sonra Fatih Məktəb-i İbtidaisinə daxil olmuş,lakin ikinci sinifdə oxuyarkən atasının Manastr bölgəsinə təyin edilməsinə görə bu məktəbi buraxmağa məcbur qalmışdır.Yaşının az olmasına baxmayaraq, 1889-cu ildə Manastr Askeri Rüştiyesi (ortaokul) qəbul olunmağı bacarmış və oradan 1893-cü ildə məzun olmuşdur.Təhsilinə 15.sırada girdiyi Manastr Askeri İdadisində davam etdi və 1896-cı ildə 6. Sırada məzun oldu.Buradan Hərb Məktəbinə (Harp Okulu) keçmiş və buranı 1899-cu ildə 4. Sırada piyada teğmeni (leytenantı ) olaraq bitirmişdir. Harp Okulunda oxurkən özü kimi ögrenci olan əmisi Halil paşa ilə birlikdə həbs edildi və Yıldız mahkemelerinde yarqılanıb sərbəst buraxıldı. Harb Akademisini (Hərb Akademiyası) 2. Olaraq bitirdi və Mekteb-i Erkan-ı Harbiyenin 45 kişilik kontenjanına girməyi başarmışdır. 23 noyabr 1902-ci ildə qərargah kapitanı ( Kurmay Yüzbaşı) olaraq Üçüncü Ordunun əmrindəki Manastr 13.Topçu Alayı 1.Bölüyünə verilmişdir.

Manastr 13. Topçu Alayı 1.Bölügündəykən, bolqar çetelərinin izlənməsi və cəzalandırılması üçün tərtib edilən hərbi əməliyyatlara qatıldı.1903-cü il sentyabr ayında Koçanda yerləşən 20. Piyada alayının birinci taburunun birinci bölügündə çalışdı. Aprel 1904-cü ildə Üsküpdəki 16. Süvari Alayında görəvləndirildi. Manastr Mıntıka-i Askeriyəsinin Ohri və Kırçova mıntıkaları müfəttişliginə təyin edildi. 7 mart 1905-ci ildə kolağası oldu.Bu görəv sırasında bolqar, yunan və alban çetelərinə qarşı girişilən əsgəri hərəkatda üstün başarılar göstərdiyindən üçüncü və dördüncü Mecidiye Nişanı, dördüncü Osmaniye Nişanı və altın Ləyaqət medalı ilə təltif edildi. 13 sentyabr 1906-cı il tarixində binbaşılığa (mayor) yüksəldildi. 1907- ci ilin oktyabrında Manastr ətrafındakı quldurları təqib etmək tapşırıldı.1908-ci ilə qədər bu vəzifədə qalan Ənvər paşanın bu müddət ərzində bolqar quldur dəstələrinə qarşı apardığı mübarizəsi onda millətçilik hisslərinin baş qadırmasına səbəb olmuşdur.

Toqquşmalarda ayağından yaralanaraq bir ay xəstəxanada qalmışdı.

Əmisi kapitan Xəlil bəy ilə danışaraq mərkəzi Parisdə olan Jön Türk hərəkatıtının Salonikidəki bir qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonrakı adı ilə İttihad və Tərəqqqi Cəmiyyəti) qatılmağı qəbul etdi. Hürriyət qəhrəmanı olaraq tanınacaq Ənvər paşa 1906- cı ilin may ayında Bursalı Mehmed Tahir bəyin rəhbərlik etdiyi cəmiyyətə 12-ci üzv olaraq qatılmış və ona cəmiyyətin Manastr şöbəsini qurmaq tapşırılmışdır.

İttihad və Tərəqqi Cəmiyyətinin başlatdığı çevriliş hərəkatının içində olan Ənvər bəy,bacısı Hasene xanımın həyat yoldaşı olan və sarayın adamı olaraq bilinən Saloniki mərkəz komandanı polkovnik-leytenant Nazım bəyi öldürmə planının təşkilatçılarından biri oldu. 11 iyun 1908-ci ildə reallaşan sui-qəsd cəhdi Nazım bəyin və onu öldürməli olan Mustafa Nəcib bəyin yaralanması ilə nəticələndikdən sonra Ənvər bəy Divan-i Hərbə göndərildi. Ancaq İstanbula getmək yerinə 12 iyun gecəsi dağa çıxıb çevriliş hazırlamaq üçün Manastra doğru yola çıxdı. Ənvər bəy,bir anda “hürriyət qəhrəmanı” olaraq qəbul edildi, İttihad və Tərəqqi Cəmiyyətinin əsgəri qanadının ən önəmli komandanlarından biri oldu. Resnəli Niyazi bəyin dağa çıxdığını öyrəndikdən sonra Manastr yerinə Tikveşə yönəldi və cəmiyyəti orada yaymağa başladı. Ohrili Eyüb Səbri bəy də onu izlədi.Bu hərəkat Sultan II Əbdülhəmid (1876-1909) tərəfindən II Məşrutiyyətin elan edilməsində önəmli rol oynamışdır. Məşrutiyyətin elanından sonra 23 avqust 1908-ci ildə Rumeli Vilayəti Müfəttişligi başkanlığı görəvinə verilən Ənvər bəy, 5 mart 1909-cu ildə 5000 kuruş maaşla Belin əsgəri ataşesi olaraq görəvləndirildi.

5 mart 1909-cu ildə Berlin hərbi attaşesi olaraq təyin edilən Ənvər bəy,bu vəzifədə olduğu zaman alman mədəniyyəti ilə tanışmış və çox təsirlənmişdi. İstanbulda 31 mart hadisələrinin olmasından sonra müvəqqəti olaraq vətəninə dönmüş və üsyanı yatırmaq üçün Salonikidən İstanbula gedən və komandanlığını Mahmud Şövkət paşanın etdiyi Hərəkat Ordusuna qatılmışdır.Bu əsnada hərəkatın qərərgah rəisliyini Kolağası Mustafa Kemal bəydən təhvil almışdır.Üsyan yatırıldıqdan sonra Sultan II Əbdülhəmid taxtdan endirilmiş,yerinə V Mehmed Rəşad (1909-1918) keçmişdir. Qurulan İbrahim Haqqı paşa kabinetində gözlənilənin əksinə olaraq Hərbi nazir vəzifəsi Ənvər paşaya deyil, Mahmud Şövkət paşaya verilmişdir.

Üsyan yatırıldıqdan sonra Ənvər bəy,təkrar Berlinə geri dönmüşdür. 1911-ci ildə İstanbula geri dğnmüş və Sultan Mehmed Rəşadın qardaşı qızı Naciyə Sultan ilə nişanlanmışdır. Albaniyada çıxan üsyandan sonra getdiyi İşkodra üsyanının yatırılmasında əsas rol oynamışdır.Daha sonra Berlinə getsə də, İtaliyanın Trablusqarba hücumundan sonra yenidən vətəninə dönmüşdür.

Ənvər bəy, italyanlara qarşı gerilla müharibəsi aparılması fikrini İttihad və Tərəqqi Cəmiyyəti üzvlərinə qəbul etdirdikdən sonra kolağası Mustafa Kemal bəy və Paris hərbi attaşesi polkovnik-leytenant Fəthi Okyar bəy kimi şəxslərlə bölgəyə getdi. İstanbuldan gəmi ilə 25 sentyabr 1911-ci ildə yola çıxmış, gizli tapşırıqda olduğu üçün əvvəlcə doktor, sonra da suriyalı tacir kimi özünü təqdim etmişdir.15 oktyabr 1911-ci ildə İsgəndəriyyəyə çatmış, oradan da dəvə üstündə çətin səyahətdən sonra 22 oktyabr 1911-ci ildə Trablusqarba (Liviya) çatmışdır.

Benqazi və Dərnədəki qüvvələrin rəhbərliyini ələ almış,xanədan kürəkəni olmasının da qazandırdığı hörmətlə 20 min nəfəri səfərbər etməyi bacarmışdır.Bu əsnada hətta adına pul da zərb etdirmişdir.

Bir il davam edən savaşın sonunda Balkan savaşının başlanmasına görə digər türk zabitləri ilə birgə istanbula çağrılmışdır. İtaliya ilə uğurlu mübarizəyə görə polkovnik-leytenantlığa yüksəlmişdir.

Balkan savaşına qatılmaq üçün digər könüllü zabitlərlə birlikdə Benqazidən ayrılan polkovnik-leytenant Ənvər bəy, düşmən qüvvələrinin Çatalcada durdurulmasında mühüm rol oynamışdır. I Balkan savaşı Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnmişdi. Kamil paşa hökuməti özlərinə London konfransında təklif edilən Midye-Enez sərhəddini qəbul etməyə razı idi. İttihadçılar öz aralarında etdiyi və Ənvər bəyin də qatıldığı iclaslarda qüvvə tətbiq edərək hökuməti devirmə qərarı qəbul etdi. 23 yanvar 1913-cü ildə Ənvər bəyin rəhbərlik etdiyi Bab-ı Ali basqını reallaşdı.Basqın zamanı Hərbi nazir Nazim paşa Yaqub Cəmil tərəfindən öldürüldü. Ənvər bəy, Mehmed Kamil paşaya istefasını imzalatdı və sultanı ziyarət edərək Mahmud Şövkət paşanın sədrəzəm olmasını təmin etdi.Beləcə, İttihad və Tərəqqi hərbi çevriliş ilə iqtidarı ələ keçirmiş oldu.

Bab-ı Ali basqınından sonra Ənvər bəy bolqar ordusu başqa cəbhələrdə döyüşməkdə olduğundan, müqavimətlə qarşılaşmadan 22 iyul 1913-cü ildə Ədirnəyə girdi.Bu hadisədən sonra nüfuzu artan Əvər bəy Ədirnə fatehi ünvanı aldı. Rütbəsi polkovnikliyə (18 dekabr 1913), qısa müddət sonra da generallığa (5 yanvar 1914) yüksəldildi.Bunun ardınca istefaya göndərilən Hərbi nazir Əhməd İzzət paşanın yerinə Hərbi nazir oldu.Bu arada, Sultan Mehmed Rəşadın qardaşı qızı Naciyə Sultan ilə Baltalılimandakı Damad Fərid Paşa villasında keçirilən toy ilə evlənərək “Damad-ı Şehriyarı”oldu (5 mart 1914).

Hərbi nazir olduqdan sonra orduda bəzi islahatlar edən Ənvər paşa,mindən çox yaşlı zabiti ordudan xaric etdi,gənc zabitlər mühüm vəzifələrə gətirildi. Orduda fransız modeli yerinə alman modelini tətbiq etdi,bir çox alman zabiti türk ordusunda müşavir olaraq təyin edildi. Formalar dəyişdirildi, orduda oxuyub-yazma nisbətinin artırılmasına çalışdı və bunun üçün ənvəriyyə yazısı deyilən əlifba tətbiq edildi. Hərbi nazirliyi 14 oktyabr 1918-ci ilə qədər davam etdi.

Təhcir qanunu.1877-1878-ci ildəki savaş zamanı yerli ermənilərin Osmanlıya qarşı rus ordularının yanında döyüşdüyünü və cəbhə gerisində üsyanlar çıxardığını bilən Ənvər paşa,birinci dünya savaşı zamanı bunların təkrar olunduğunu və türk əhalinin ermənilər tərəfindən soyqırıma məruz qaldığını görərək, 2 may 1915-ci ildə Daxili İşlər naziri Tələt paşaya göndərdiyi gizli teleqraf ilə üsyançı ermənilərin bölgədən uzaqlaşdırılmasını istədi. Erməni təhciri deyə anılan uyqulama Tələt paşa tərəfindən başladıldı və 27 may Təhcir qanunu çıxarılaraq qüvvəyə mindi.Təhcir qanunundan sonra rus ordusu cəbhədə irəliləyə bilmədi.

1917-ci ildə Kütül -Amare mühasirəsi zamanı ingilis ordusunun komandanı general Charles Townshendin əsir alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə etdiyi uğurlardan sonra Ənvər paşanın rütəsi ordu generallığına yüksəldilmişdir.Qafqaz İslam Ordusu Şimali Azərbaycan və Dağıstanı ruslar və onların müttəfiqi erməni silahlılarından azad etmişdi.

Ənvər Paşanın Türküstan azadlıq əsgərləri ilə sonuncu savaşına başlaması

Ənvər Paşa Türküstanlı liderləri, ona yardım etmələri üçün yanına dəvət etdi, lakin yenə onlardan rədd cavabı aldı.1922-ci il iyun ayına doğru ruslar böyük bir orduyla Ənvər Paşa üzərinə hücuma keçdilər və onu Düşənbəyə yaxın Belcuvan kəndinə qovdular. Ənvər Paşanın Belcuvan kəndinə sığınmasımdan sonra, ətrafındakıların bəziləri onu tərk etdilər. Ancaq o yenə də davasından vaz keçməyərək yanındakılara “Türküstan üçün mütləq savaşmalıyıq.Bacarsaq qazi,bacarmasaq şəhid olarıq. Qismətimizdə nə varsa onu da görərik.Bundan heç qorxmuruq. Belə it kimi rus zülmündə yaşamaqdansa atalarımız kimi şərəflə öləciyik” dedi və ağladı.

Belcuvana çəkilən Ənvər Paşa və yanındakı mücahidlər 4 avqust 1922-ci ildə gözləmədikləri bir anda rusların hücumuna məruz qaldılar. Ağabeyov adlı kommunist bir erməni ilə Abdurrahman adlı bir tacikin yol göstərdiyi Qızıl ordu qüvvələri, Qurban bayramının ikinci günü Ənvər Paşanın qərərgahına hücum etdilər. Paşa və dostları silahları olmadığı üçün qılıncları ilə ruslarla savaşa girdilər. Uzun bir müddət davam edən müharibədə ruslar məğlub olmaq üzərə ikən maksim pulemyotundan açılan atəşlə Ənvər Paşa qəlbindən vuruldu və öldürüldü. Ənvər Paşa 40 yaşında şəhid olmuşdu. Paşa ertəsi gün oradaca dəfn edildi. Ancaq milli üsyan sonlanmadı. Ruslar davamlı yeni qüvvələr gətirirdilər. Türküstanı işğal etməkdən vaz keçmədiklərini göstərirdilər.1923-cü ildə Qızıl ordu komandanlarından Kamenev şəxsən Orta Asiyaya gələrək milli üsyanı yatırdacaq planlar hazırladı. Ənvər Paşa Türküstan və Turan tarixinə bir hürriyət savaşçısı və şəhid kimi kimi adını əbədiyyən yazdı.Bolşevik inkvizisiyasına qarşı mübarizə simvoluna çevrildi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ