Türkiyə NATO seçkilərində "Rutte"yə səs verəcək


ABŞ, İngiltərə, Fransa və Almaniyanın ardınca Türkiyə də “NATO baş katibi” seçkisində Hollandiyanın baş naziri Mark Rutteni dəstəkləmək qərarına gəlib. Ankara digər NATO üzvlərini Ruttenin namizədliyini dəstəkləyəcəyi barədə məlumatlandırıb.

Turkustan.az xəbər verir ki, Türkiyə "NATO Baş Katibliyi" seçkiləri ilə bağlı qərarını verib. Ankara Hollandiyanın baş naziri Mark Rutteyə dəstək vermək qərarına gəlib. Türkiyə digər NATO üzvlərini də Ruttenin namizədliyini dəstəkləyəcəyini bildirib.

ABŞ, İngiltərə, Fransa və Almaniya da Yens Stoltenberqin varisi olaraq Rutteni dəstəkləyəcəklərini açıqlayıblar.

Rutte ötən həftə Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı Ərdoğan, "NATO-nun yeni baş katibində hansı xüsusiyyətləri görmək istədiyimizi paylaşdıq. Müdafiə sənayesinin Türkiyənin qarşısındakı maneələr aradan qaldırılmalıdır. Qərarımızı strateji planlar çərçivəsində verəcəyimizə heç kim şübhə etməsin”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ