İsraildən səfirliklərə həbs xəbərdarlığı: Hazır olun


İsrail ICC-nin Netanyahu haqqında mümkün həbs qərarına qarşı intensiv diplomatiya aparır. Xarici İşlər Nazirliyi də dünyanın müxtəlif ölkələrindəki səfirliklərinə hazırlıqlı olmağı xahiş edib.

Turkustan.az xəbər verir ki, İsrail administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək səviyyəli siyasətçilərin həbsinə order verəcəyindən narahat olduğu və bu istiqamətdə mümkün qərarın qarşısını almaq üçün sıx səylər göstərdiyi bildirilib.

“The Times of Israel” qəzetinə danışan adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurası mümkün həbs qərarının qarşısını almaq üçün kampaniya aparır. İsrail rəsmisi BCM-nin mümkün həbs qərarının əsasını təşkil edəcək əsas elementin İsrailin “Qəzzada fələstinliləri qəsdən aclıqdan öldürməsi” olacağını vurğuladı və ABŞ-ın mümkün həbs qərarının qarşısını almaq üçün diplomatik səylər göstərdiyinə dair iddiaları təsdiqlədi.

İsrail Xarici İşlər Nazirliyi dünyadakı səfirliklərindən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrail rəsmiləri haqqında həbs qərarı çıxarsa, yarana biləcək fəsadlara hazır olmalarını istəyib. Nazirlikdən verilən yazılı açıqlamada, “Xarici İşlər Naziri Yisrael Katz bütün İsrail missiyalarına antisemitizm və anti-İsrail hadisələrinin ciddi dalğasına qarşı dərhal hazırlaşmağı tapşırıb” ifadə edilib.

İsrailli hərbi analitik Amos Harel Haaretzdə dərc olunan məqaləsində bildirib ki, Təl-Əviv administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın Netanyahu, müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verə biləcəyi ehtimalı ilə işləyir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ