Ukrayna şərqdəki bəzi mövqelərindən geri çəkildi


Ukrayna Baş Qərargah rəisi Oleksandr Syrskyi Rusiyanın son hücumlarından sonra cəbhədəki vəziyyətin pisləşdiyini və bəzi mövqelərdən geri çəkilməli olduqlarını açıqlayıb.

General Syrskyi Ukrayna qoşunlarının fevralda Rusiyanın Avdiivkanı ələ keçirməsindən sonra Donetsk vilayətində müdafiə xəttinin bir hissəsini təşkil edən bəzi mövqelərdən geri çəkildiyini təsdiqləyib.

Ukraynanın çox gözlədiyi 61 milyard dollarlıq ABŞ hərbi yardım paketi gəlmədən Rusiyanın bölgədə üstünlük əldə etməyə çalışdığı düşünülür.

Məlumata görə, Ukrayna qoşunları aylardır sursat, qoşun və hava hücumundan müdafiə çatışmazlığı ilə mübarizə aparır.

Rusiya Avdiivkadakı qələbəsindən sonra toqquşmaları Kiyevin nəzarətində olan Çasiv Yar ətrafında cəmləşdirib.

Ukrayna isə qərbə doğru yeni müdafiə xətləri yaradıb, Ukraynanın bəzi yerlərdə verdiyi itkiləri rus qoşunlarının irəliləməsi ilə qəbul edən general Sırski ora yeni əsgərlərin yerləşdirildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, onun qoşunları bazar günü səhər tezdən Avdiivkadan təxminən 10 km şimalda yerləşən Novobaxmutivka kəndini ələ keçirib.

Fevral ayında Ukraynanın Baş Qərargah rəisi təyin edilən general Oleksandr Syrskyi ölkənin şərqində vəziyyətin "xeyli dərəcədə pisləşdiyi" barədə xəbərdarlıq edib.

Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko bu yaxınlarda bildirib ki, o, Rusiya qüvvələrinin Ukraynanın Rusiya sərhədinə yaxın ikinci şəhəri olan Xarkova doğru irəliləyəcəyini gözləyir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ