Başkəndi ermənilərə “verən” Rasim Musabəyov kimdir? – DOSYE


Millət vəkili Rasim Musabəyovun Başkəndlə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.

Turkustan.az Globalinfo.az-a istinadlaRasim Musabəyovun dosyesini təqdim edir:

Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olub. 1982–1985 illərdə Moskvada aspiranturada oxuyub və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1985–1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olub. 1994–1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləyib.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunmuş 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.

“Əmək rəşadətinə görə” medal ilə (1972) təltif olunub.

1974-1976-cı illərdə Azərbaycan LKGİ MK Aparatı Tələbə-gənclər şöbəsinin müdiri, 1976–1982-ci illərdə Moskvada ÜİLKGİ MK Aparatının məsul işçisi, 1982–1985-ci illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin aspirantı olub. 1985–1989-cu illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin baş müəllimi, tədqiqat mərkəzinin laboratoriya müdiri işləyib. 1989-cu ildən Bakı Ali Partiya Məktəbinin laboratoriya müdiri, 1990-cı ildən Azərbaycan KP Bakı Şəhər Komitəsinin İdeologiya şöbəsinin müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında millətlərarası münasibətlər üzrə müşavir, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti Sədrinin birinci müavininin müşaviri, 1993–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dosenti, 1999–2010-cu illərdə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun baş məsləhətçisi vəzifələrində çalışıb.

1990-1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı, 2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının üzvü, 2006-2010-cu illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olub.

Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bitərəfdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Gürcüstan, İrlandiya, İsrail, Latviya, Litva, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Evlidir, bir övladı var.


MANŞET XƏBƏRLƏRİ