Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XII yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Hit­le­rizm, faşizm haq­qın­da də­rin bil­gi­si olan M.Ə.Rə­sul­za­də­nin 2-ci Dün­ya mü­ha­ri­bə­si döv­rün­də Al­ma­ni­ya­nın “Şərq na­zir­li­yi” böl­mə­si tə­rə­fin­dən Ber­li­nə də­vət olun­ma­sı tə­sa­dü­fi ol­ma­mış­dır. “Şərq na­zir­li­yi”nin Qaf­qaz şö­bə­si­nə baş­çı­lıq edən Fon Mend keç­miş Qaf­qaz li­der­lə­ri ilə So­vet Ru­si­ya­sı­na qar­şı mü­ba­ri­zə­də iş­bir­li­yi qur­maq­da ma­raq­lı idi. M.Ə.Rə­sul­za­də Al­ma­ni­ya hö­ku­mət nü­ma­yən­də­lə­ri ilə apa­rı­lan da­nı­şıq­lar­da Azər­bay­can tə­rə­fi­nin möv­qe­yi­ni 12 mad­də­­dən iba­rət xü­su­si me­mo­ron­dum­da ifa­də et­miş­di. Bu memorondumda azər­bay­can­­lı­la­rın al­man hər­­bi dü­şər­gə­lə­rin­dən azad edil­mə­si, on­la­rın mül­ki iş­lər­də iş­lə­dil­mə­si, Mil­li Azər­bay­can or­du­su­nun ya­ra­dıl­ma­sı, or­du ko­man­dir­lə­ri­nin azər­­bay­­can­lı­lar­dan tə­yin edil­­mə­­si, al­man qo­şun­la­rı­nın Azər­bay­ca­nı tut­­du­ğu za­man mil­li or­du­nun ora­ya da­xil ol­ma­sı­na tə­mi­nat ve­ril­mə­si, rus işğalının alman işğalı ilə əvəzlənməsinə qətiyyən yol verilməməsi, Azərbaycanın müstəqil­liyinin toxunul­maz olması və bu ki­mi şərt­lər irə­li sü­rül­müş­dü. Rəsulzadə tərəfindən irəli sürülən bu milli prinsipləri Hit­ler qə­bul et­mə­miş və nə­ti­cə­də an­laş­ma əl­də olun­ma­­mış­dır. De­mə­li, Rə­sul­za­də Azər­bay­ca­nın mil­li is­tiq­lal da­va­sı­nı hər şey­dən üs­tün tut­muş, heç vaxt bir kö­lə­li­yin baş­qa bir kö­lə­lik­lə əvəz olun­ma­sı­na ra­zı ol­ma­mış­dır. Üstəlik, Rə­sul­za­də­nin bu cür an­ti­fa­şist mövqeyi 1943-cü ilin pa­yı­zın­da onun Al­ma­ni­ya­nı tərk et­məsi ilə nəticə­lənmişdi.

Bu baxımdan So­vet iş­ğa­lı­nın, Al­ma­ni­ya iş­ğa­lı ilə əvəz edil­mə­si­nə ra­zı­laş­ma­yan Rə­sul­za­də­ni Ber­lin­lə da­nı­şıq­lar apar­­ma­­sı­na gö­rə it­ti­ham et­mə­yin heç bir əsa­sı yox­dur. Əgər o, Hit­le­rin Azər­bay­can­la bağ­lı fi­kir­lə­ri­ni qə­bul et­səy­di, o za­man ona mü­na­si­bət də fərq­li ola bilərdi. An­caq ondan is­tə­dik­lə­ri­ni ala bil­mə­yən hit­ler­­çi­­lə­rin onun öl­kə­dən çı­xar­dıl­ma­sı ilə bağ­lı qə­ra­rı hər şe­yi or­ta­ya qo­yur. Bu mə­sə­lə ilə bağ­lı M.Ə.Rə­sul­za­də­nin si­lah­da­şı M.B.Məm­məd­­za­də­nin yaz­dıq­la­rı da çox önəm­li­dir: “II Dün­ya mü­ha­ri­bə­si əs­na­sın­da Hit­le­rin “hə­yat sa­hə­si” nə­zə­riy­yə­si­nə da­ya­nan is­ti­la və ha­kim ol­ma si­ya­sə­ti­nə və to­ta­li­tar re­ji­mi­nə qar­şı Rə­sul­za­də­nin tut­du­ğu möv­qe, is­tiq­lal məf­ku­rə­si­nə və de­mok­ra­ti­ya əsas­la­rı­na sa­diq məf­ku­rə­çi bir li­de­rin tu­ta bi­lə­cə­yi ye­ga­nə bir yol idi. Ber­li­nə də­vət olu­nan və o za­man­kı al­man hö­ku­mə­ti ilə ay­lar­la mü­za­ki­rə apa­ran Rə­sul­za­də is­tiq­lal xa­ri­cin­də heç bir an­laş­ma­ya tə­rəf­dar ol­ma­mış­dı”.[1]

M.Ə.Rəsulzadənin milli həmrəylik təliminin əsasında milli sosial dövlət anlayışı dayanmışdır. O, milli sosial dövlətə əsaslanan həmrəylik təlimini “Müsavat” Partiyasının 1938-ci ildə keçirilən 3. qurultayında irəli sürülən “Yeni Proqram əsasları”nda açıqlamışdır. “Yeni Proqram əsasları”nda Azərbaycan müstəilliyini bərpa etdikdən sonra, milli həmrəylik təlimi əsasında onun necə bir milli sosial dövlət olacağının başlıca prinsipləri açıqlanmışdı. Xüsusilə, “Yeni Proqram əsasları”na görə, milli sosial dövlətdə milliyyət məsələsi öz qüvvəsində qalmaqla yanaşı, orada sosial bərabərliyin, sosial ədalətin öz əksini tapması vacib hesab edilirdi. Şübhəsiz, “Yeni Proqram əsasları”nın əsas müəllifi M.Ə.Rəsulzadə olduğu üçün, orada öz əksini tapan milli sosial dövlət ideyasını da o, irəli sürmüşdü. Onun “Yeni Proqram əsasları”nda milli həmrəyliyə əsaslanan milli sosial dövlət prinsini irəli sürməsi, daha dəqiqi desək milli məsələylə sosial məsələni bu şəkildə bərabər götürməsi heç də bütün mühacir milli aydınlar arasında birmənalı qarşılanmamışdır. Millətçilik məsələsində radikal mövqe tutan milli ziyalılar hesab edirdilər ki, “Müsavat”ın “Yeni Proqram əsas­ları”nda milli məsələ­dən uzaqlaşılaraq sosial məsələyə doğru yön alınmışdır. Bu cür düşünənlərə görə, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə dövründə milli məsələ ilə yanaşı, sosial məsələ­yə bu qədər önəm vermək, onu radikal formada ifadə etmək milli istiqlal davasına zərər verməkdədir. Onların fikrincə, milli istiqlal uğrunda mübarizə aparıldığı bir dövrdə sosial məsələnin bu cür qoyuluşu milli qüvvələr arasında ikitirəlik yaradır və bu da, qəbul­edilməzdir.

M.Ə.Rəsulzadə “Yeni Proqram əsasları”nda yer alan milli sosial dövlət prinsipinə, ümumiyyətlə orada öz əksini tapan milli həm­rəylik mülahizələrinə qarşı çıxan radikal millətçilərə tutarlı cavablar vermişdi. O, yazırdı ki, birincisi, hazırda milli həmrəyliyə əsaslanan “Yeni proqram əsasları”nı radikal sayan bəzi mühacir demaqoqlarMüsavat” Firqəsinin Rusiya Məclisi-Müəssisan seçkilərində və 1917-ci ildə Bakıda yerli sovetlərə seçkilər əsnasında qəti müvəffəqiyyətinin sirrini unudublar. Filosof-mütəfəkkir­ə görə, ozamankıMüsavat” proqramında, indiki əsaslar kimi, milli davanı ön sırada tutmaqla bərabər, sosial məsələni də unutmamış, fəhlə və kəndli məsələlərinə son dərəcə əhəmiyyət vermiş və onları sosialist internasionalistlərin ayaq­larını havada baş-ayaq tutacaq qədər radikal bir şəkildə həll etmişdir: “Bu sosial məsələləri unutmayan milliyyətçi proqramı ilə idi ki, “Müsavat” Bakı kimi inqilab yuvasıinternasional bir fəhlə şəhərində” Türk fəhləsinin tək bir səsini Türk sosialistlərinə belə qapdırmamış və Qızıl ordunun siyasi hiylə və üstün qüvvə ilə edilən istilasına qədər bolşevik olan müsəlman fəhlə və qeyri fəhləsi sayının bütün Azərbaycanda üç yüzü (300) keçməməsinə səbəb olmuşdu”.[2]

Rəsulzadəyə görə ikincisi, “Əsasları”ı milli məsələdən çox sosialməsələyə üstünlük verməkdə ittiham edənlərin görüş xətası vardır. Belə ki, Azərbaycanın istila altında olması, heç də onun milli və siyasi istiqlal gələcəyi ilə yanaşı, sosial bərabərliyə aid gələcəyini də düşünməyə əngəl ola bilməz. Başqa sözlə, burada dar düşüncədən deyil, daha geniş və bütünləşdirici dünya­görüşdən çıxış etmək lazımdır. O, yazırdı: “Məmləkət istila altındadırdeyirlər: hamımız vətəndən ayrı və mühacirət­dəyik. Bizi burada ancaq bir qayə, bir ideal birləşdirirtəkrar vətənə dönmək və istiqlalımızı geri almaq. Toplayıcı bu milli və siyasi şüar yanına hansı sosial maddəni əlavə edərsiniz, istiqlalçılar cəbhəsinə ikilik gətirərsiniz ki, bu da milli qurtuluş hərəkatını işğal edər. Bu şəkildə düşünənlərindüşüncələrində səmimi isələrbaşlıca bir xətaları vardır: bir görüş xətası. Milli qurtuluş hərəkatını təkcə vətən ayrısı mühacirlərə aid etmək və milli istiqlal mücadiləsinin taktika və strategiyalarını, ancaq bu mühitdəki münasibət və əlaqələrlə ölçməkböyük davanın geniş dairəsini çox kiçiltmək deməkdir”.[3]

Siyasi mühacirət orada başlanan bir davanın buradakı təmsilçiləridir ki, bu dava Azərbay­canda başlamış, orada davam edir və orada da həll olunacaqdır. Onun fikrincə, siyasi mühacirətin ön sırasında gedənMüsavat mühacirəti” də bütün dünyadakı hərb sonu ruhu ilə bu zamandakı şərtlər arasındakı fərqi və o zamankı real şəraitlə bu zamandakı şərtlər arasındakı başqalığı öz vəzifəsinə sadiq və missiyasına layiq qaldıqca nəzərə almaya bilməz! Rəsulzadə yazırdı ki, o zamankıMüsavat” proqramı əsasda milliyyətçi, istiqlalçı bir proqram olmaqla bərabər sosial məsələlərdə bəzən hətta firqənin əsil qayəsini təşkil edən milli prinsiplərlə təzad təşkil edən ifratlara belə qapılmışdır: “O zaman hələ sahiblərinin əlində və mülkündə olan torpaqların dövlət tərəfindən müsadirə olunaraq kəndlilər arasında əvəzsiz bölüşdürülməsi tələb olunurdu. Hadisələrin üzə çıxardığı torpaq islahatından sonra təbiidir ki, bu tələbin şəkli dəyişəcək, artıq xüsusi malikanələrin deyil, bolşevik kolxozlarının nə ediləcə­yinə cavab veriləcəkdi. Torpaqların altındakı dəfinə və mədənlərin dövlətə aid olduğunu vaxtilə qəbul və mütərəqqi gəlir vergisilə böyük sərmayə məhsulu sənaye müəssisələrinin dövlət əlinə keç­məsini ideal olaraq arzu edən bir firqənin, indi sənayenin dövlətləş­dirilmiş bir vaqeəsi qarşısında və milli dövlət mənafeyi naminə milli totalitar rejimlərdə misalı varkən, hadisələrə göz yumub, bu məsələnin üstündən keçməsi necə qəbul oluna bilir?....[4]

Rəsulzadə sosial məsələlərdən cümhuriyyət dövründə yetərli səviyyədə istifadə olunmadığını özü də etiraf edirdi. O qeyd edirdi ki, sosial məsələlərdən o zaman lazımi şəkildə istifadə olunma­mağın isə bir sıra səbəbləri olub: “O zaman bir tərəfdən liberal­izm, digər tərəfdən də internasyonal sosializm cərəyanlarının zamana hakim təsirlərinə rəğmən, milliyyətçi qalmağı bacaran “Müsavat” üçün indiki ümumi ruhdan mülhəm olaraq, daha milli bir siyasət də daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri-mümkün idi!”.[5]

Bununla da yeni dövrdə “Müsavat”ın proqramına sosial məsələlərdə bir sıra dəyişikliklərin edildiyini önə çəkən Rəsulzadə yazırdı ki, bu da milli həmrəylik anlayışıdır. Ona görə yalnız milli təsanüdçülük demokratik dövlətin əsas ideologiyası ola bilər. Bu zaman nə liberalizmə, nə də bolşevizmə ehtiyac qalacaq. Bu, sosial məsələlərlə milli məsələnin uzlaşdığı ən mühüm nöqtə idi. Rəsul­zadənin ortaya atdığı bu ideya sosial-fəlsəfi və siyasi baxımdan yeni idi. Burada əsas məsələ milli çərçivə daxilində sosial məsələ­ləri həll etmək cəhdidir. Şübhəsiz ki, bu zaman kommunizmin doğurduğu bolşevizm kimi bəlaları özündən uzaq tutmaqla yanaşı, milli təsanüdçülük kapitalizmin də mənfi tərəflərini rədd edirdi: “Milli istiqlal mücadiləsinin müvəffəqiyyəti və onun bir kütlə hərəkəti olaraq, şumulluluğu üçün milliyyətçilərə sosial məsələlərlə məşğul olmaq zərurət və bu məsələləri milli davanın faydası namına həll etmək isə borcdur! Tək istiqlal şüarı məmləkətin geniş xalq kütlələrini toplayaraq mücadiləyə çəkmək üçün kafi deyildir. Uğrunda mücadilə edilən “istiqlalın” daşıdığı sosial mənanı da açmalıdır ki, milli hərəkət düşmənlərinə kütləyi şaşırtmaq üçün demaqo­giyasına imkan qalmasın!… Məmləkətimizi istilası altında tutan bolşevizm, “Müsavat­izm”ə qarşı etdiyi demaqogik təbliğatdamilli istiqlal demənin əski bəy, xan və ağa­lar dövrünün qaytarıl­ması demək olduğunu” deyib durmaqdadır. Bu demaqogiya qarşısında milli hərəkat proqramında geniş xalq kütlələrilə əməkçi təbəqələrin haqları açıq deyilməz və özəlliklə kəndli və fəhlə məsələlərində bütün düyün­lər açılmazsa, düşmənin işini qolaylaş­dırır, hər türlü yalan və demaqogiyaya meydan verilmiş olur. Buna meydan verməmək və tək bu deyil, öz tərəfdarlarına təsəvvür etdiyi milli dövlət rejimi­nin sosial əsaslarını indidən bildirmək və onları içinə hər türlü sosial məna soxulan mücərrəd bir məfhum deyil, tarixin bu çətin ideologiyalar mücadiləsi dövrü deyiləcək zamanın­da hər türlü yabançı və düşmən təsirlərə dayana biləcək mətin bir ideya siste­mi verə bilmək üçün, milli mücadilə partiyası müdafiə etdiyi milli istiqlal davasının sosial proqramını da mütləq verməlidir!...”.[6]

[1] Məhəmmədzadə M.B. Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan” dərgisi, Ankara, 1955, sayı 12 (36)

[2] Rəsulzadə M.Ə. Milli birlik. Bakı, “Çıraq” nəşriyyatı, 2009, s.64

MANŞET XƏBƏRLƏRİ