Sarı Uyğurlar - Türklər və ya “Sarı dəniz” hidronimi haqqında...


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Göy Türklərin əski coğrafi məkanlarının (Suləng və Əmir çayları hövzəsi, Altıdağ silsiləsi, Qobu çölləri...) Sakit okean hövzəsinə bitişik hissəsinə və Koreya yarımadası sahillərinə sığınan Sarı dənizin sahəsi 24 min kv.km, orta dərinliyi 439 m olmaqla, Xuanxe çayının (“Sarı çay”, qədim Türkcədə “Yaşıl Oğuz”) mənsəbini tutur, adının yaranmasında əski Türkdilli tayfaların etnogenetik-milli kökləri ilə bağlığı şübhə doğurmur. Axı, “sarı” sifət bənzətməsi/ayaması (burada hidrotoponim) dənizə yaraşmayan tanıtmadır, yüz metrlərlə dərinlikdə yayılan, guya“sarı çöküntülərin” su səthindən görünməsi və yaxud, min kilometrlərlə məsafədə “sarı/lyös suxurları”n axıntı halında torpağa qarışmaması, rənginin dəyişməməsi, min kilometrlərlə məsafədə “sarıya çalması”...mümkünsüzdür.., elə isə, onda tarixi amillərə diqqət yetirmək zəruriliyi yaranır...

Avrasiya materiki geoxronoloji-geocoğrafi struktur və milli etnomorfoloji tərkib baxımından əslində “Turan qurusu”nun əsasında formalaşan Yer kürəsinin meqasahəsidir, 54 milyon kv.km sahəni əhatə edir. Bütün ucqar coğrafi hüdudlar daxilində yaşayan əski xalqların daha çox hissəsi, təqribən, əksəriyyəti qədim Türkdilli qəbil-tayfa birliklərindən, onlarla bağlı irqi-dil, dini-sakral bağlılığı, assimlyativ milli-morfobioloji irsi xüsusiyyətləri daşıyan çoxsaylı etnogenetik qollardan ibarətdir.

Proto və əski Türkdilli qəbilə-tayfa birliklərinin (Turanlar-e.ə. XV əsr, Saklar-e.ə. VI əsr, Hunlar-e.ə. III əsr, Göy Türklər, İskitlər/Skiflər, Qıpçaqlar, Dinlin (Yenisey qırğızları), Oğuzlar, Uyğurlar, Massagetlər...) sakral dünyadərki, morfoloji dil, etnogenoloji şifahi və yazılı maddi-mənəvi abidələrinin tarixi, coğrafiyası və arxeoloji-etnoqrafik tədqiqi sahəsində eramızdan əvvəlki minilliklər, antik dövr və orta əsrlər çağının görkəmli alimləri əsərlərində dəyərli məlumatlara yer vermişlər.

Qədim yunan (ellin) şairlərindən Homer (e.ə. IX-VIII əsrlər, “İliada” poemasında (X111,3-7) Skif tayfalarının morfoetnik təsnifatı qələmə alınıb), Kallin (e.ə. VIII əsr, Kimmerlərin igidliyini vəsf edib-bu haqda İohan Stobey (V əsr) “Antologiya” əsərində məlumat verib), Roma yazıçısı Böyük Pliniy (22-79-cu illər, ensklopedik məzmunlu “Təbii tarix” toplusnda (VII kitab, II fəsil) Skiflərin yaşadıqları ərazilərin yerquruluşu ölçülərini əski ölçü vahidləri ilə qiymətləndirib), tarixçi-coğrafiyaşünaslardan Herodot (e.ə. 484-425-ci illər, 9 kitabdan ibarət “Tarix” əsərinin IV kitabı (8-10) Türkdilli xalqlardan Kimmerlərə həsr edilib), Feopomp (e.ə. IV əsr- e.ə.320-ci il, 12 cildlik “Yunan tarixi”nin VIII kitabı Qara dəniz hövzəsinin Mərkəzi Asiya kökənli tayfalarına həsr edilib), Strabon (e.ə. I-e. I əsr, “Coğrafiya” kitabında Saklar/Skiflər barədə yazılıb), K.Ptolomey (100-170-ci illər, “Asiya Sarmatları” xəritəsini çəkmişdir), Siciliyalı Diodor (e.ə.90-30-cu illər, Skiflərin tarixi barədə II kitab, 127-ci vərəqə), səyyahlar-tədqiqatçılar (venesiyalı M.Polo (1254-1324), ilk Avropalı olaraq Sarı dəniz haqqında “Dünyanln qəribəlikləri barədə” kitabında yazmışdır...) Sakit okean sahillərindən Aralıq və Şimal dənizləri hövzələrinədək yayılan çoxsaylı və şaxələnmiş əski Türkdilli tayfa-qəbilə birlikləri sırasında aparıcı yer tutmuş Sarı Tüklər/Jarı Qıpçaqlar və ya Çöl Türkləri/Dəşti Qıpçaqlar haqqında geniş tarixi bilgilər vermiş, kökənli məskunlaşma/köçəri yayılamsını əks etdirən xəritələrini tərtib etmişlər.

Keçən əsrin əvvəllərində çar Rusiyasının paytaxtı Petroqrad şəhərində ədəbiyyatşünas, ədəbi tənqidçi, yazıçı R.V. İvanov-Razumnik (1878-1946) tərəfindən “Skif cəmiyyəti” adlı fəlsəfi-siyasi birlik yaranmış, 1917-1918-ci illərdə “Skiflər” toplusu nəşr edilmişdir...Avrasiya materikinin və Asiya qitəsinin əski Türkdilli xalqlarının, çoxsaylı qəbilə-tayfa qollarının etnogenetik və morfo-eko bütövlüyünün kökənliyi təsadüfi maraq doğurmadığı şübhəsizdir. Çünki, bunsuz Yer kürəsinin bu meqastruktur vahidinin etno-demoqrafik xəritəsinin məzmun tədqiqi və elmi-nəzəri baxımdan təhlili mümkün deyildir, o cümlədən Sarı Türklər də istisnalıq təşkil etmir.

Sarı Türklər/Sarı Uyğurlar Orta və Mərkəzi Asiyada (həmçinin indiki Monqolustan ərazisində) yaşamaqla Sarı/Sırdərya çayı yatağından Sakit okean sahillərinədək geniş coğrafi məkanlara (Xuanxe çayı hövzəsinə) yayılmışlar, Monqolustan ərazisində də Sarı Uyğurların nəslindən olanlar yaşamaqdadır.

Qeyd etmək lazımdır ki, “sarı” sözü əski Türkdilli xalqların tələffüzündə “azman, geniş-böyük yer” mənasını (Şərqi Göyçə dağlıq silsiləsinin cənub-şərq hissəsində, Qarakilsə-Basarkeçər-Kəlbəcər nahiyələri hüdudlarında yüksək dağlığın hamar düzənliyini, zəngin ot örtüyünü tutan (10 min başa yaxın davarın otarıldığı) “Sarı yer” yaylağı, İstanbul meqapolisinin Sarıyer ilçəsinin 20 min nəfərdən çox əhalisi var, Qərbi Azərbaycanın Sarı Baba bölgəsi həm də dini-sakral zənginliyi ilə fərqlənir, Qarabağ-Mil düzündə yaranan dərə-qalıq mənşəli Sarısu gölü (İmişli və Sabirabad rayonları ərazisində) respublikamızda sahəsinə görə (65,7 kv km) 2-ci böyük qapalı su hövzəsidir, Qazaxıstan Respublikasının Alma-Ata şəhərinin şimal-şərqində Sarıözək şəhəri yerləşir, Özbəkistanın Səmərqənd şəhəri ətrafında Sarıqul nahiyə mərkəzi, Surxandərya çayının sağ sahilində Sarıassur şəhəri, paytaxt Daşkəndə yaxın Sarıağac şəhəri...salınıb ) verir, eləcə də, Türkdillixalqların mədəniyyətinə xas olan zərif, incə düşüncə tərzini-münasibətini, qəlb dünyasının ruhi zənginliyini, genişliyini (“sarı simə toxunma”) andırır.

Relyef-landşaft, antro, oro və hidrotoponimlərin “Sarı” söz kökü hissəsi eyni məna (“böyük”, “iri”, “geniş”...) daşımaqla əski Türkdilli xalqların bir qoluna, qəbilə-tayfa şəcərəsinə mənsub Sarı Uyğurların/Sarı Türklərin coğrafi məkan üzrə yerləşməsindən asılı olmayaraq ayrı-ayrı ünvanlarda kök salması, həm də həmin ərazilərə tarixi-coğrafi mənsubluğunu ifadə etmişdir, eləcə də, bu qola mənsub xələflərinin etnogenetik mənsubiyyətinə işıq salmışdır.

Yovşanlı, üfüq rəngli, boz-sarımtıl, geniş çöllərin, qızılı-lacivərd qumlu, göy qübbəsinə sığmayan səhraların, qobularla parçalanmış yaylaların sahibləri olan qədim, əski Uyğurların nəsil-tayfa davamçıları kimi Sarı Uyğurlar (Şira Yoqurı, Sari Yoğır, Şera Yoğor) Mərkəzi Asiyada (eləcə də müasir Çin Xalq Respublikası ərazisində) yaşayan 60-a yaxın xalqlardan biridir, inzibati-ərazi vahidi kimi Sunan Yuqur Milli-Muxtariyyətə (Qansu əyalətində, Canqye şəhəri) malikdir, Türk dilinə mənsubiyyətini qoruyub saxlamışlar.

Sarı Uyğurlar çöl otlarının kökünə bürünmüş hüdudsuz çöllərə “Sakalıq”/”Sokalıq” deyiblər, bu Türkdilli tayfalardan törəyənlər sırasında Dəşti-Qıpçaq çöllərinin sahibləri Kumanlar/Kunamilər/Kürənlər/Sarılar səciyyəvi etnogenetik xüsusiyyətləri ilə (igidliyi, döyüşkənliyi, süvariliyi, dözümlüyü...) fərqləniblər. Hunlarla Sarı Uğurlar nəinki coğrafi məkan eynliyinə, eyni zamanda antropoloji, morfo-etnomilli bağlılığı da bir sıra toponimlərdə ifadə edilib (Mərkəzi Asiyada Ərhun çayı Xuanxe/Sarı çayın şimalından axır...).

Buna görə də, Orta enliklərdə şərqə doğru axan Xunaxe/Sarı çayın hövzəsi Sarı Uyğurların əzəli məskunlaşma vadiləri olduğundan şərqə və qərbə doğru bir çox toponimlər/yer adları onların adı ilə bağlı olmuşdur.

Sarı Uyğurların/Şera Yuqurların morfogenetik qohumluğu ulə bağlı olan bir çox tayfa-nəsil qollarının adlarını özündə ehtiva edən toponimlərin yaranmasında “əndcan”, “arpat” (“aruatların nəslindən olanlar”), “vay” (uyğurca “əski”, “qədim”), “yanı” (“yeni”), “qara yaqlaxkır” (uyğurların Tan dövrü (618-918-ci illər) sülalələrinə aid), “oyrat/uyrat” (uyğurların Suləng çayı hövzəsində yaşayanlar), “payat” (Bayat nəslinin davamçıları)...söz kökləri ilə başlayan coğrafi adlar Mərkəzi Asiyada geniş yayılmışdır (Fərqanə vadisində Əndican və Uyqursay şəhərləri, Çirçik çayının Sarı/Sır Dərya çayının sağ qolu) sağ sahilindəki, Daşkənd şəhəri yaxınlığında Yanqiyol şəhəri, Uyğurstan diyarında (qədim Qərbi Türk xaqanlığında) Qaramay şəhəri, Cənubi Sibir regionunda Bəygöl ətrafında Buryat Respublikası, Sarı dənizə tökülən Şera-Muren çayı...).

Etno-morfo kök rişələri ilə biri-birinə bağlı olan Sarı Uyğurların Qıpçaq, Kuman, Hun...qolları Aral/Ural dağlarının cənub çöllərindən Dunay şayı sahillərinədək uzn və çərəfli köç yolu da keçiblər, hazırda Hunqarlar/Macarıstan dövlətinin bu çayın sağ sahilindəki Nərgəşuyfalı şəhərindən cənubda Bayot/Bayat şəhəri yerləşir.

Ümumilikdə Mərkəzi Asiyanı əhatə edən Türküstan diyarı Xəzər və Aral dənizləri sahillərindən Sakit okean yatağınadək, Sarı dəniz daxil geniş əraziləri tutmaqla antro, etno,oro, hidro....toponimlərinin etimoloji mənası Türk dili semantikasına, fonetikasına, tələffüzünə, əski danışıq tərzinə, şifahi və yazılı üslub xüsusiyyətlərini özündə ehtiva edir.

“Sarı dəniz” hidronimi tarixi-coğrafi mənasına görə həm də coğrafi məkan baxımından Sarı Uyğurların Q.rbi Sakit okean hövzəsində ucqar şərq qurtaracağı olmaqla, həm də geniş, hərtərəfli elmi-nəzəri tədqiqat obyekti kimi özündə Türk Dünyası coğrafiyasının əski səhifələrini yaşadır...

R.S. Sarı Uyğurların əski coğrafi məkanlarına məxsus dağlıq silsilələrdən başlayan, müasir Rusiya və Çin dövlətləri arasındakı sərhəd çayı, Amur çayının sağ qolu olan (uzunluğu 1820 km) Ərhun çayı-“Arqun” , Suləng çayı-“Selenqa”, Əmir çayı-“Amur”, Bəygöl gölü-“Baykal” kimi yazılır.


MANŞET XƏBƏRLƏRİ